2017-ci ilin sonunadək Bakı-Gəncə sürətli qatar marşrutunun açılması planlaşdırılır.
Bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə qatarların sürəti 100-140 km/saat təşkil edəcək.
Gediş haqqına gəlincə, QSC sədri deyib ki, qiymət təqribən 15 manat olacaq: "Qatarlarda Wi-Fi da olacaq. İnsanlar Gəncəyə 3,5 saata çata biləcəklər".
Trend©


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








