Heydər Əliyev Beynəlxalq Aeroportunda "e-Gate" adlı iki elektron sərhəd-keçid məntəqəsi quraşdırılıb.
FED.az xəbər verir ki, bunu "İdrak Technology Transfer" şirkətindən deyiblər. Şirkətdən bildirilib ki, yeni avtomatlaşdırılmış məntəqənin funksionalı tam olaraq gələn həftə işə salınacaq.
Eləcə də bax: Azərbaycanda etibarnamələrin - ELEKTRON QAYDADA VERİLMƏSİNƏ BAŞLANILIB
"Funksional ondan ibarətdir ki, heç bir insan faktoru olmadan vətəndaş pasportunu özü skan edəcək. Məlumatların uyğunluğu yoxlanılacaq və heç bir nöqsan olmadığı təqdirdə keçid qapıları açılacaq və vətəndaş məntəqədən keçə biləcək. Bu prosedur 30 saniyə ərzində baş tutacaq. Hələ ki, sözügedən funksional yerli vətəndaşlar üçün nəzərdə tutulur", - deyə şirkətdən qeyd ediblər.
Eləcə də bax: Gömrükdən keçənlər üçün - 3 YENİ ELEKTRON XİDMƏT BAŞLAYIR
Apa