Fərhad Pərvizi “Baker Tilly Audit Azərbaycan QSC”-ə yeni Maliyyə və Biznes Məsləhətçi Direktoru təyin edilib.
FED.az xəbər verir ki, bu barədə “Baker Tilly Audit Azərbaycan QSC” Linkedin sosial şəbəkə platformasında məlumat paylaşıb.
Qeyd edək ki, Fərhad Pərvizi Avstriya İqtisadiyyat Məktəbinin makroiqtisadiyyat üzrə məzunudur. Azərbaycan dilində ilk populyar iqtisad kitabının “Qarşıdakı pul çöküşündə pulunuzu necə qorumaq” kitabının müəllifidir. Uzun illərdir Azərbaycan bazarında ekspert kiim fəaliyyət göstərib.