Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamla Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Eləcə də bax: İTV-nin keçmiş sədr müavininə - AzTV-də VƏZİFƏ VERİLDİ
Qeyd edək ki, Rövşən Raqif oğlu Məmmədov indiyədək bu vəzifəni müvəqqəti icra edirdi.