Banner

Digər

AzTV-dən açıqlama: "Bizi düz başa düşməyiblər"

AzTV-dən açıqlama: "Bizi düz başa düşməyiblər" | FED.az
08:27 17 Mart 2020

“Bütün dünyanı bürüyən koronavirus problemi fonunda xaricdəki bəzi soydaşlarımızın kiminsə məsuliyyətsiz paylaşımını və kontekstdən çıxararaq yerləşdirdiyi cümləni əsas götürərək AzTV-yə qarşı hücuma keçməsi əsla başadüşülən deyil. Özünü savadlı və xaricdə təhsil alan gənclər kimi təqdim edən həmin şəxslərin qaraguruh psixologiyası nümayiş etdirmələri daha da narahatlıq doğurur”.

FED.az məlumat verir ki, bu fikirlər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin açıqlamasında yer alıb.

Açıqlamada deyilir: “Əvvəla, bu gün AzTV efirinin 80 faizini vətəndaşların virusla bağlı maariflənməsi və xüsusən də xaricdəki soydaşlarımızın ölkəyə qayıtması üçün haraya zəng etməsi üzərində qurub. Bunun üçün çoxsaylı materiallar, qrafikalar verilir, tokşoular təşkil edilir. Konkret bu məsələyə gəlincə, süjetdə qeyd olunur ki, xaricdəki soydaşlarımız daha çox öz ölkələrində qalsalar və yerli tibbi xidmətlərdən yararlansalar yaxşı olar. Çünki təcrübə də göstərir ki, virusa yoluxma halları xüsusən səfər prosesində baş verir. Bu fikri kontekstdən çıxarıb yük kimi təqdim etmək və AzTV-ni günahlandırmaq, sadəcə olaraq, savadsızlıq və məsuliyyətsizlikdir. Bu gün hər birimizin bir düşməni var, o da koronavirusdur. Başqa düşmən axtarmaq və ya hansısa qurumu nədəsə ittiham etmək və bu işə dəstək vermək bir daha qeyd edirik ki, savadsızlıqdır. Kim məsələyə həqiqətən obyektiv və ədalətli yanaşmaq istəyirsə xahiş edirik materiala bir də baxsın”.

Azərtac

Digər xəbərlər

Banner