Digər

AzTV-də yeni təyinatlar - SİYAHI

AzTV-də yeni təyinatlar - SİYAHI | FED.az
20:47 8 Okt 2019

AzTV-də kadr dəyişiklikləri olub.

FED.az xəbər verir ki, QSC-də baş prodüser vəzifəsində çalışan Hikmət Yaqubov tutduğu vəzifədən azad edilib. O, “Mədəniyyət” kanalında direktor müavini postuna təyin edilib.

Baş prodüser vəzifəsi TV-nin Bədii rəhbərinin müavini Nazilə Babayevaya, baş rejissor vəzifəsi isə Əməkdar incəsənət xadimi Ülviyyə Kərimovaya həvalə edilib.

Eləcə də bax:AzTV 2 milyon manatlıq avadanlıq ALIR

Daha bir kadr təyinatı isə “İdman” kanalında olub. Belə ki, tanınmış jurnalist Rövşən Binnətli sözügedən kanalın direktor müavini təyin olunub.

Digər xəbərlər