“Azərsu” ASC yeni SMS məlumatlandırma xidmətini abunəçilərin istifadəsinə verəcək.
FED.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, bu xidmət vasitəsilə müəssisə tərəfindən təqdim olunacaq yeniliklər, qəzalar, fasilələr və s. məlumatlar SMS bildirişlə abunəçinin mobil telefonuna göndəriləcək.
Eləcə də bax: "Azərsu" ASC abunəçilər üçün şəxsi kabinet yaradacaq - AÇIQLAMA
Xidmətdən yararlanmaq üçün abunəçi kodu, mənzil sahibinin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN kodu), mobil telefon nömrəsi. Bu məlumatlar SMS, “WhatsApp” və ya elektron poçt vasitəsilə təqdim oluna bilər.
“SMS məlumatlandırma xidməti üzrə aparılan hazırlıq işləri yekunlaşmaq üzrədir”, - deyə ASC-dən bildirilib.