“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Atlas Medical Centre” MMC-yə 69 min 336 manat borc məbləği hesablayıb.
FED.az xəbər verir ki, tibb mərkəzi "Azərsu” ASC-yə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia qaldırıb.
Eləcə də bax: “Azərsu” rəhbərliyi vətəndaşları - QƏBUL EDİB
1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim edilən iddia hakim Səbinə Nuriyevanın icraatındadır.
Oktyabrın 10-na təyin edilmiş prosesinə tərəflərin nümayəndələri gəlmədiyinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə, məhkəmə ərizəni baxılmamış saxlayıb.
Report