Abşeronda texniki su şəbəkəsi olmadığına görə, hər yerdə içməli sudan istifadə edilir.
"Şirin sudan texniki məqsədlər üçün istifadə dayandırılmalıdır" - VİDEO
FED.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, yarımada ərazisindəki müəssisələr, xüsusilə avtoyuma məntəqələri içməli sudan istifadə edirlər: "Abşeron ərazisində avtoyuma məntəqələrinin 95 %-də sayğac quraşdırılıb. Amma bu o demək deyil ki, onlar suyu necə gəldi istifadə etməlidirlər". (Report)