FED.az xəbər verir ki, "Azərsu" ASC əhaliyə təqdim etdiyi xidmətlərdən 17-ni elektronlaşdırıb. Bu xidmətlərə borcun araşdırılması üzrə müraciət, əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması, texniki müraciətlər, arayışların verilməsi, abunəçinin son bir ildə ödənişi ilə hesabat məlumatları və s. daxildir.
Eləcə də bax: “Azərsu” rəhbərliyi vətəndaşları - QƏBUL EDİB
Ən son istifadəyə verdiyimiz elektron xidmət isə xüsusi əhəmiyyət kəsb edir. Abunəçilər sayğac göstəricilərini elektron qaydada e-gov.az-a yükləyə bilirlər. Biz isə yüklənən göstəricilər əsasında abunəçiyə elektron qaydada bildiriş göndəririk”, - bunu TED.az-a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov deyib.
A.Cəbrayılov həmçinin bildirib ki, "Azərsu" ASC elektron xidmətlərinin sayını artıracaq: “Elektron xidmətlərinin sayının artırılması istiqamətində işlərimiz davam etdirilir. Hazırda "Azərsu" ASC abunəçilərin şəxsi kabinetini yaratmaq üzərində işlər aparır”.