Azərbaycanın yeganə lotereya operatoru olan «Azərlotereya» ASC koronavirus təhlükəsi ilə bağlı olaraq bəzi lotereya oyunları ilin sonunadək dayandırıb.
Eləcə də bax: “Azərlotereya” vətəndaşlara - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Şirkətdən bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə karantin rejimi ilə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar olaraq “Azərlotereya” ASC tərəfindən şənbə və bazar günlərində keçirilməsi nəzərdə tutulan tirajlı lotereya oyunları cari ilin sonuna qədər ləğv olunub.