2016-cı ilin noyabrın 8-dən etibarən Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “Gəncsim” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər bir SMS 5 qəpik , “Bölgə” tarifi çərçivəsində isə 4 qəpik təşkil edəcək.
“Gəncol” və “Kombo” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik olacaq.
Qeyd edək ki, "Tələbə 1-liyi" tarif planından başqa (2 qəpik) digər tarif planları çərçivəsindəki sms-lərin qiyməti hazırda 3 qəpikdir.
Qiymət artımı həmçinin fakturalı xətt abunəçilərinə də təsir edəcəkdir. Beləliklə, qeyd edilən tarixdən etibarən fakturalı xətt sisteminə aid nömrələrdə mövcud olan “Bizimkilər”, “Hər yerə”, “Biznes200”, “Dövlətcell” və “Mediacell” tarifləri çərçivəsində hər bir SMS 5 qəpik təşkil edəcək. “Hədsiz” və “Hədsiz zəng” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti də 5 qəpik olacaq.
Qeyd edək ki, yuxarıda adıçəkilən ilk üç tarif planına aid fakturalı xətt abunəçilərinin nömrələri üzrə hazırki qiymət 3 qəpik, digərləri üzrə isə 2 qəpik təşkil edir.
Bu barədə şirkətin rəsmi səhifəsində xəbər verilir.