Nüfuzlu Lundbeck fondu dünyanın altı aparıcı nevroloqunu ümumi dəyəri 232 milyon danimarka kronu (30 milyon euro) məbləğində mükafatla təltif edib.
Eləcə də bax: Agentlik: "7-8 min manat maaş alan həkimlər olub"
FED.az xəbər verir ki, bu haqda Danimarkanın Lundbek Fondunun rəsmi saytı xəbər yayıb.
Mükafata layiq görülənlər arasında həmyerlimiz, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina da var. Hazırda Danimarkada yaşayan Məsud bəy 5.3 milyon euro məbləğində mükafata layiq görülüb. Məsud Aşinanı təbrik edir, işində uğur arzulayırıq.