“Muğan Bank” ASC Müdafiə Sənayesi Nazirliyinə məxsus “Üfüq” İstehsalat Birliyini və “Radioquraşdırma Zavodu” MMC-ni məhkəməyə verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iddiaya səbəb kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə mübahisələrdir.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Aytən Əliyevadır (Report).