Cari ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 149,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artım qeydə alınıb.
FED.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərnişinlərin 96 faizi avtobus, 4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Həmçinin sərnişin dövriyyəsi 2,2 faiz artıb.