2025-2027-ci illərdə Azərbaycansa süni yağış texnologiyasının inkişafı ilə bağlı üç mərhələdə tədqiqatlar aparılacaq.
Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
FED.az xəbər verir ki, bu barədə Bakı Su Həftəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, 2025-ci il ərzində süni yağış texnologiyasının texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması nəzərdə tutulub. 2026-cı ildə müvafiq sahədə pilot layihə keçirilərək, ərazilər müəyyənləşdiriləcək. 2027-ci ildə isə süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra ediləcək. (Apa)