Peşəkar idarəçı Fəxri Ağayev Azərbaycanda şirkət və təşkilatlarda iş axtaranlara məsləhətlərini açıqlayıb.
FED.az xəbər verir ki, həmin məsləhətlər aşağıdakı kimidir:
Eləcə də bax: Şirkətdəki boş iş yeri uzağı 5 günə - AÇIQLANMALIDIR - YENİ QAYDA
1.Şirkət heç kimi kəşf etmək məcburiyyətində deyil – CV.nin hazırlanması və müsahibədə davranış və doğru məlumatları doğru formada çatdırmaq şəxsən sizin öz işinizdir;
2.“Diplom daşıyıcısı” olmaqla ali təhsilli və bilikli insan olmaq arasında ÇOX böyük fərq var. Əgər dərslərdə fiziki olaraq möcvud olmusunuzsa və imtahandan imtahana oxumusunuz, əlavə özünüzü yetişdirmək üçün hem bir addım atmamısınızsa, iş axtarırkən “ali təhsilim var, maaşım yüksək olmalıdır” deyə düşünməyin;
3. Maaş haqda düşünməyin. Şirkətin, komandanın, rəhbərinizin sizə qazandıracağı təcrübə və dəyəri düşünün. Maaş, bilik və bacarıqlarınızın və şirkətə verdiyiniz əlavə dəyərin təbii nəticəsidir;
4. Qarşınızda iki iş olsa – yüksək maaş, amma sizdən sadəcə istifadə ediləcəyi iş, və digəri də az maaş, amma mütəxəssis olaraq dəyərinizi və təcrübənizi artıracaq iş, MÜTLƏQ ikincisini seçin;
5. Şirkətlər və ümumilikdə biznes xeyriyyə cəmiyyəti deyildir. Maaş, insanın xərclərinə görə təyin edilmir – verdiyiniz fayda olmalıdır. Bunun əksini düşünmək sadəlövhlükdür;
6. Şirkət seçərkən rəhbərin kim olmasına diqqət edin – bəzi insanlar var ki, onların yanında 1 il mövcud olmaq belə gələcək karyeranız üçün böyük fundamentdir;
7. Ruhdan düşməyin. 3-5 yerə CV göndərməklə iş bitməz. 3 yerə göndərdiniz və alınmadı? Demək ki, o şikərtlərdə vakansiya yoxdur. 30 yerə göndərin. Olmadı? 300 yerə göndərin. Olmadı? O zaman özünüzü, tələb və istəklərinizi bir daha təhlil edin;
8. Bu gün Azərbaycanda “iş yoxdur” yoxdur – iş var. Çoxdur. Bilik və bacarıqları ilə istək və ambisiyaları üst-üstə gəlməyən insanlar var;
Hər yerə əl atdınız və yenə də alınmırsa demək ki, yenə də hardasa problem var. Sizin məhsul keyfiyyətlidir, ancaq heç kim ona istədiyiniz qiyməti vermirsə, o zaman məhsulu potensial alıcılara tanıdmaq məqsədi ilə qiyməti endirin. Az masala, olmazsa pulsuz işləyin!!! “Bəs məni 3 ay sonra çıxarsalar nə olacaq?” TƏCRÜBƏ!!!! Təcrübə qazanmış olacaqsınız, və bir sonrakı iş yerinə gedəndə “Təcrübəm var” demək şansını əldə edəcəksiniz.
Ən əsası isə odur ki. HEÇ BİR ZAMAN RUHDAN düşməyin. Çırpının, vuruşun, çapalayın, amma batmayın. Heç bir zaman öz inkişafınızı durdurmayın. Ən dibə dəydiyiniz anda belə heç bir şey olmamışz kimi müsbət olun və öz üzərinizdə işləyin.