Azərbaycanda fiziki və hüquqi şəxslər minatəmizləmə fəaliyyəti həyata keçirməsi üçün hüquqi əsaslar müəyyən edilir.
Minatəmizləyənlər əmək pensiyası alacaq
FED.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Dövlət orqanlarının (qurumlarının), fiziki və ya hüquqi şəxslərin müraciətləri əsasında səlahiyyətli qurum tərəfindən onların minatəmizləyənlərinə standart əməliyyat prosedurlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada təlimlər keçiriləcək və təlimlərin nəticəsində qiymətləndirmə aparılaraq sertifikat veriləcək.