Azərbaycanda viza alınması prosedurunun bu yaxınlarda sadələşdirilməsi sayəsində BƏƏ və Fars körfəzi ölkələrindən gələn qonaqların sayı 30 dəfə artıb.
Bu barədə Trend.az BƏƏ-nin "Arabian Gazette" nəşrinə istinadən məlumat verir.
Nəşr yazır ki, ərəb ölkələrinin bir çox sakini Azərbaycana gəlməyə hazırdır və bu amil ölkənin turizm potensialının artımını stimullaşdırır: "Ölkənin ən çox ziyarət edilən şəhəri Bakı olub. Digər cəlbedici səyahət istiqamətləri Qəbələ, Naftalan, Şahdağ, Quba, İsmayıllı, Qax və Zaqataladır".