Bakıda Azərbaycan Respublikası və İraq Respublikasının aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Fed.az-a bilirilib.
Görüş konstruktiv və dostluq şəraitində keçib. Danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və Azərbaycan və İraq arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.
İraqın mülki aviasiya nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə tanış olub.
Azərbaycan və İraq aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb
13:01
19 Okt 2016