Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Azərbaycanda media landşaftının sosioloji tədqiqi və ictimai rəy sorğusu keçirilib.
Eləcə də bax: AzTV-nin yeni loqoları – 28 MİN MANATA BAŞA GƏLİB
FED.az xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, sorğu çərçivəsində respondentlərə media sahəsi ilə bağlı suallar ünvanlanıb. Respondentlərin təxminən yarısı (49,8 faiz) müasir Azərbaycan telekanallarının ümumi səviyyəsini orta qiymətləndirib. Ümumilikdə rəyi soruşulanların 35,3 faizinin fikrincə, müasir Azərbaycan telekanallarının ümumi səviyyəsi müxtəlif dərəcələrdə yüksəkdir. Müasir Azərbaycan telekanallarının ümumi səviyyəsini bu və ya digər dərəcədə aşağı qiymətləndirənlər 14,1 faiz təşkil edir. Hesabatın müxtəlif yerlərində də göstərildiyi kimi, Azərbaycan telekanallarına dair çoxsaylı narazılıq və iradlar olsa da, ümumi olaraq, daha çox respondent televiziya məkanından bu və ya digər dərəcədə razıdır. Ölkədə və dünyada baş verən hadisələr haqqında məlumat almaq üçün əsas mənbə xəbərlər proqramıdır.
Xəbərlər baxımından üstünlük verilən kanalların siyahısı fərqlidir. Belə ki, ilk üçlükdə izlənməyə görə birinci yeri AzTV Xəbərlər (87,6 faiz), sonrakı yerləri ARB Xəbər (60, 8 faiz) və İTV Xəbər (37,7 faiz) proqramları tutur.
Azərtac