FED.az xəbər verir ki, Azərbaycan 2020-ci ildə “Rusiya liderləri” rəhbərlər müsabiqəsinin analoqunu keçirməyi planlaşdırır. Bu barədə “Rusiya – imkanlar ölkəsi” MQT-nin baş direktoru, layihə rəhbəri Aleksey Komissarov məlumat verib.
Eləcə də bax: «Şirkətdə sistem düz qurulubsa, fərqi yoxdur, rəhbəri Condur, yoxsa Əhməd» - MÜSAHİBƏ
“Azərbaycanda və Qazaxıstanda “Rusiya liderləri” rəhbərlər müsabiqəsinin metodologiyası üzrə kadr layihələrinin həyata keçirilməsi təcrübəsi ilə maraqlanıblar. Gələcəkdə öz ərazilərində gələn il müsabiqni keçirməyi planalaşdırırlar”, – Komissarov Soçidə Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə Müşahidə Şurasının ilk iclasında bildirib.
Onun sözlərinə görə, müsabiqənin keçirilməsi metodikasının mənimsənilməsi məqsədilə xarici ölkələrdən MQT-yə müraciətlər daxil olur. Belə ki, Komissarovun sözlərinə görə, Çin, Almaniya və digər Avropa ölkələri müsabiqə ilə maraqlanıb.
“Siz axı həmçinin biznes ilə məşğul olmaq üçün şəxslər axtarırsınız, düzdür? Bu müsabiqələr vasitəsilə insanlar həm də korporasiyalara düzəlirlər. Sizin indi qeyd etdiyinizə franşıza deyilir. Satmaq lazımdır!”, – Putin dəstəkləyib.
Azərbaycan prezidenti İlham Əliyev 2019-cu il iyulun snunda ölkədə perspektiv rəhbər şəxslərdən kadr ehtiyatı bankının yaradılması məqsədilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunan sərəncama əsasən, Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva təyin olunub.
Təşkilat Komitəsinə vergilər naziri, gənclər və idman naziri, təhsil naziri, əmək və əhalinin sosial müdafiəsi naziri daxildir.
Ümumilikdə, Təşkilat Komitəsi 9 nəfərdən ibarətdir.
Təşkilat Komitəsinə müsabiqənin keçirilməsi qaydalarını təsdiq etmək tapşırlıb.
Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Gənclər və İdman Nazirliyi müəyyən edilib. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün nazirliyə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 mln. manat (cari məzənnə ilə $588,2 min) ayrılacaq.
İnterfaks-Azərbaycan