Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni qiymətləndiricilərə sertifikatlar verdi
Eləcə də bax: Azərbaycan qiymətləndiriciləri dövlət qurumları ilə əməkdaşlığı - GENİŞLƏNDİRİR
Avqustun 25-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Daşınmaz əmlak növlərinin qiymətləndirilməsi üzrə keçirilmiş kursun nəticələri olaraq sertifikatlaşma imtahandan uğurla keçən mütəxəssislərə vertifikatlar təqdim edilib.
FED.az xəbər verir ki, tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak edib.
AQC-dən verilən məlumata görə, bu il ilk dəfə olaraq imtahanın nəticəsindən asılı olaraq iki sertifikat verilib.
İmtahandan tələb olunan balı toplayaraq uğurla keçən namizədlər qiymətləndirici sertifikatı, lazımi həddə bal toplaya bilməyənlər isə dinləyici sertifikatı alıblanr. İmtahanın nəticələrinə görə, 16 iştirakçı qiymətləndirici sertifikatına, 12 nəfə isə dinləyici sertifikatına layiq görülüb.
Qiymətləndirici sertifikatı alanlar artıq bu fəaliyyətlə məşğul ola bilərlər və onların tərtib etdiyi qiymətləndirmə hesabatları rəsmi sənəd kimi qəbul olunacaq.
Tədbirdə iştirak edən millət vəkilləri Rüfət Quliyev, Bəhruz Məhərrəmov, Etibar Əliyev, Konstitusiya Araşdırmalırı Fondunun rəhbəri Əliməmməd Nuriyev və Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov qiymətləndirmə sahəsi ilə bağlı fikirlərini və təkliflərini bildiriblər. Azərbaycan qiymətləndiricilər Cəmiyyətinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirən iştirakçılar quruma uğurlar arzu ediblər.
AQC-nin sədri Vüqar Oruc FED.az-a bildirib ki, tədbirin keçirilməsində məqsəd – həm yeni iştirakçılara sertifikatların təqdim edilməsi, həm də qurumun fəaliyyəti barədə ictimaiyyətə hesabatın verilməsidir: «Bu tədbirlər daimi olacaq. Biz beləcə ictimaiyyət ilə təmasımızı artırmaq fikrindəyik. Eyni zamanda öz fəaliyyətimizlə bağlı hesabat vermək prosedurunu tətbiq edirik. Fikrimiz odur ki, təkcə görmək yox, həm də bu işləri cəmiyyətə təqdim etmək lazımdır. Bu gün doğrudan da Azərbaycan Qiymətləndirmə Cəmiyyəti fəallaşıb. Millət vəkilləri ilə razılığa gəldik ki, görüş keçirdək və həmin görüşdə qiymətləndirmə palatası haqqında qanunu müzakirə edək. Bu qanunla bağlı onlar bizə Milli Məclisdə dəstək verəcəklərini bildirdilər. İqtisadi, hüquqi sektora daxil olan digər deputatlar da təmas yaradacağıq ki, AQC olaraq ölkədə qiymətləndirmə sahəsində proseslərin tənzimlənməsində yeni qanunun qəbuluna nail olaq».