Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Beynəlxalq Qiymətləndirmə Standartları Şurasına üzv qəbul olunub.
FED.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin üzvü Pərviz Qulami rəhbərliyin yenidən formalaşdırılmasından sonra təşkilatın fəaliyyətinin aktivləşdiyini deyib. Bildirib ki, “Fəaliyyət Planı” əsasında aparılan işlər çərçivəsində cəmiyyətin Ekspertiza Mərkəzinin yaradılması, qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin artırılması üçün ardıcıl kursların təşkili, AQC-nin yeni saytının hazırlanması, qiymətləndirmə standartların tərcüməsi və digər işlərlə yanaşı, beynəlxalq münasibətlərdə də müvafiq addımlar atılır.
Cəmiyyətin Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının üzvülüyünə qəbul edildiyini deyən P.Qulami bildirib ki, AQC-nin qiymətləndiriciləri digər beynəlxalq təşkilatlara - Avropa Qiymətləndiricilər Təşkilatı və Avropa Qiymətləndiricilər Birliyinə üzv olmaq üçün müraciət edəcək.