“Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir”.
"Brüsseldə Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmişik”
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 km² ərazisini tanıyır”, - deyə hökumət başçısı əlavə edib.
Xatırladaq ki, N. Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığını bildirmişdi.