Azərbaycan humanizm prinsiplərini rəhbər bu gün Macarıstanın vasitəçiliyi ilə beş nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.
FED.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməni əsilli hərbi qulluqçulardır.
Qeyd olunan beş nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - 01.11.1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 04.10.1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir.
Bildirilib ki, 2021-ci ilin 26 noyabr, 4 və 19 dekabr tarixlərində də Azərbaycan qarşı tərəfə 21 nəfər erməni əsilli hərbi qulluqçunu qaytarıb.