Azərbaycandan gələn xoş xəbərlər qürbətdə yaşayan hər bir həmvətənimizi sevindirir. Hər bir azərbaycanlı torpaqlarımızın azadlığı uğrunda gedən mübarizəyə dəstək olmağa çalışır.
FED.az xəbərə verir ki, ABŞ-ın Hyuston şəhərində yaşayan xanımlar da müharibədən zərər çəkmiş soydaşlarımız üçün Azərbaycan Amerika Mədəniyyət Alyansının və Hyuston Azərbaycan Məktəbi tərəfindən təşkil etdilmiş ianə tədbirində öz bişirdikləri təamlarla iştirak ediblər. Azərbaycan mətbəxinin ləziz nümunələri 300-dən artıq tədbir iştirakçısına təqdim edilib.
Azərbaycanın Dövlət Himninin sədalarə altında təşkil olunmuş tədbirdə azərbaycanlılarla yanaşı ABŞ, Qazaxıstan, Türkiyə, Türkmənistan, Rusiya və digər ölkələrin nümayəndələri də iştirak etdilər.
Qeyd edək ki, tədbirdə yığılan vəsait Azərbaycanda müharibədən əziyyət çəkən həmvətənlərimizin ehtiyacları üçün xərclənəcək.