Almaniya iqtisadiyyatı, qlobal ticarət ixtilaflarının ixraca mənfi əsir etməsilə bu ilin ikinci rübündə ilk rüb ilə müqayisədə 0,1 azalıb.
FED.az xəbər verir ki, Almaniya Federal Statistika Ofisinin (Destatis) məlumatlarına görə, Almaniyada ümumi daxil məhsul (ÜDM) bu ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,1% azalıb. Proqnoz iqtisadiyyatın 0,2% azalacağı istiqamətində idi.
Beləcə, Avropanın ən böyük və dünyanın dördüncü böyük iqtisadiyyatı bu ilin birinci rübündə 0,4 böyüməsinin ardından avtomobil sənayesində yaşanan problemlərin, xüsusilə ABŞ və Çin arasında yaşanan ticarət ixtilaflarının və Brexit-ə dair qeyri-müəyyənliklərin Almaniyanın ixracatını mənfi təsir etməsilə ikinci rübdə kiçilib.
İkinci rübdə ÜDM illik müqayisədə 0,4% artıb.
Almaniyada iqtisadiyyat keçən il 1,4% böyüyüb. Almaniya hökuməti və AB Komissiyası, bu il isə iqtisadi artımın 0,5% təşkil edəcəyini gözləyir.