Almaniya, Fransa və Birləşmiş Krallıq İrana qarşı sanksiyaların bərpası ilə bağlı ABŞ-ın müraciətini dəstəkləmədiklərini bəyan ediblər.
FED.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin saytının verdiyi xəbərə görə, bu barədə bu ölkələrin XİN başçıları birgə bəyanat yayıblar.
“Avqustun 20-də ABŞ BMT Təhlükəsizlik Şurasına məktub göndərərək İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planında iştirakçı olan ölkənin İrana qarşı 2015-ci ildə qaldırılan çoxtərəfli sanksiyaların yenidən tətbiqinə imkan verən və BMT TŞ-nin 2231 saylı qətnaməsinə uyğun olan “snapback” (qəfil bərpa) mexanizmini işə salmağı istəyib.