Latviya Seymi burada yaşayan qeyri-vətəndaşların 2020-ci ildən sonra doğulacaq övladlarına vətəndaşlıq verməyi planlaşdırır.
FED.az xəbər verir ki, sözügedən qanun layihəsi Seymin 13-cü çağırışı tərəfindən müsbət qarşılanıb və ikinci oxunuşa təqdim olunub.
Eləcə də bax: Gürcüstanda vətəndaşlıq almaq çətinləşir - YENİ QAYDA - MƏBLƏĞLƏR
Qanun layihəsində qeyd olunur ki, yeni doğulacaq körpənin valideynləri başqa ölkəyə vətəndaşlıq üçün müraciət etmədikləri halda, uşaq avtomatik olaraq Latviya vətəndaşlığı alacaq.
Bu təklifi eks-prezident Raymond Veyonis səlahiyyət müddətinin başa çatmasına az qaldığı bir vaxtda irəli sürmüşdü. Lakin seymin 12-ci çağırışı məsələyə soyuq yanaşmışdı. Hazırki hökumət isə ölkədə qeyri-vətəndaşların sayının artmamasının tərəfdarıdır və onlara bütün hüquqların verilməsini istəyir.
Azərtac