Bir çox Avropa ölkələrində əhalinin əksəriyyəti qocaldıqca işçi qüvvəsi problemi aktuallaşır.
FED.az xəbər verir ki, bu problemin yaranmasında başlıca amillər kimi, iqtisadi böhran da daxil olmaqla, müxtəlif səbəblərdən irəli gələn insan ehtiyatlarının və intellektual potensialın köçməsi də göstərilir. Polşada bu məsələnin həlli ilə bağlı 26 yaşına çatmamış və illik qazancı 20 min avrodan az olan gənclər gəlir vergisi ödəməkdən azad edilib. Portuqaliyada isə iyulun 22-dən tətbiq edilən "Qayıdış" adlı təşviq proqramının həyata keçirilməsinə 10 milyon avro vəsait ayrılıb. Bu yardımdan faydalanmaq üçün əsas şərt vətəndaşın ölkəni 2016-cı ildən əvvəl tərk etməsi və getdiyi ölkədə əmək müqaviləsi ilə işləməsidir.
Avropa ölkələri işçi qüvvəsini saxlamaq üçün - YOLLAR AXTARIR
12:27
21 Avq 2019