Çexiyanın Avropa İttifaqındakı nümayəndəliyi Twitter səhifəsində Aİ ölkələrinin daimi nümayəndələrinin 2023-cü ildə Ukraynaya 18 milyard avro vəsaitin ayrılmasını yekdilliklə təsdiqlədiyini bildirib.
FED.az xəbər verir ki, səfirlər 2023-cü ildə Ukraynaya 18 milyard avro ayıracaq maliyyə dəstəyi paketini yekdilliklə təsdiqləyiblər.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Şurasının üzvləri Kiyevin gələn il 18 milyard avro məbləğində kredit dəstəyi alması üçün zəruri olan sənədlər paketini razılaşdıra biliblər.
Bu qısamüddətli kredit yardımı Ukraynanın təcili ehtiyaclarını maliyyələşdirmək, mühüm infrastrukturunu bərpa etmək və ilkin olaraq ölkəni Avropaya inteqrasiya yolunda dəstəkləmək məqsədi daşıyır.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Avropa İttifaqı Ukraynanı dəstəkləmək bu qədər pul ayırsa, borc bataqlığına düşə bilər.