Digər

Avropa Birliyinin 87 faizi idxal neftdən asılıdır

Avropa Birliyinin 87 faizi idxal neftdən asılıdır | FED.az
17:33 28 Avqust 2019

Avropa Statistika Ofisi (Eurostat), Avropa Birliyinə (AB) üzv ölkələrin neft idxalına dair 2017 göstəricilərini yayıb.

FED.az xəbər verir ki, göstəricilər 2017-ci ildə AB-nin 87%-nin neft idxalından asılı olduğu ortaya çıxıb. Bu nisbət 2015-ci illə müqayisədə 2 faiz azdır.

Məlumatlara görə, AB üzvü olan 18 ölkənin demək olar ki, bütün neft istehlakı 2017-də idxala qarşılanıb.

Ən çox idxal neftə bağlı üzv ölkə Estoniya (115 faiz), Malta (104 faiz), Sloveniya (103 faiz) və Bolqarıstandır (102 faiz)

Danimarka idxal neftə "asılılığı olmayan" ölkə, İngiltərə isə 35% ilə "asılılığı aşağı olan ölkə"dir.

Marja.az

Digər xəbərlər