Avropa İttifaqı münaqişə zamanı Ukraynanın infrastrukturuna dəyən ziyanı 129 milyard avro qiymətləndirib.
“Rusiyanın tammiqyaslı hücumu indiyədək Ukraynanın infrastrukturuna 129 milyard avro dəyərində ziyan vurub”, - FED.az xəbər verir ki, bəyanatda deyilir.
Bu bəyanatla eyni vaxtda Avropa Komissiyasının sədr müavini Valdis Domabrovskis Twitter-də yazıb ki, müharibənin başlamasının ildönümündə, Avropa Komissiyası, iqtisadiyyatını dəstəkləmək üçün Ukraynanın polad məhsullarına rüsumları ləğv edir. (Marja)