Avropa Birliyi Rusiya ilə ticarətə döalət dəstəyi aə bu ölkəyə investisiya yatırılmasına qadağa qoyub. Avropa Birliyinin qərarına əsəsən, bəzi istisnalardan başqa Rusiyaya yatırım qadağan edilib.
İstisnalar kiçik və orta biznesə, tibb sahəsinə, kənd təsərrüfatı və humanitar sahələrə aiddir.
Bundan başqa, Aropa Birliyi hökumət üzvləri, Rusiya Bankı (Rusiyanın Mərkəzi Bankı), Alfa-Bank, «Otkrıtiya» Bankına və «Promsvyazbank»a sanksiya qoyub. Bu banklar və qurumların Avropa kapitalına çıxışı – qiyməli kağız alıb-satması, kredit götürməsi qadağan ediləcək.
Eyni qadağa dövlətə məxsus olan və ya kapitalında dövətin payı 50%-dən artıq olan bütün qurumlara tətbiq edilib.