“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) icraçı direktoru Vahid Səmədov vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, o, bir neçə həftə bundan əvvəl işindən uzaqlaşıb. Keçmiş icraçı direktorun kanaldan getmə səbəbi məlum deyil. Lakin iddia olunur ki, V. Səmədov digər kanalların birində vəzifəyə gətiriləcək.
Eləcə də bax: ANS ÇM-in tezliyi müsabiqəyə çıxarıldı - YENİ RADİO AÇILACAQ
Qeyd edək ki, Vahid Səmədov bir ildir sözügedən vəzifəni icra edirdi. O, bundan əvvəl ANS və CBC kanallarında çalışıb.
“Qafqazinfo”