Bişkekin mərkəzində Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin avtomobilinə atəş açan şəxs kameralar tərəfindən qeydə alınıb.
FED.az xəbər verir ki, video “Telegram” kanallarında yayımlanıb.
İnsident Qırğızıstanın mərkəzindəki Ala-Too meydanında baş verib.
Eks-prezident onun həyatına sui-qəsd təşkil edildiyini iddia edir.