Oktyabrın 11-də Aşqabadda məhdud tərkibdə iclas başa çatandan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
FED.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevə Türkmənistanın “Bitərəflik” ordenini təqdim etdi.

Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu Fondun “Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim etdi.
İclasda bir sıra sənədlər, o cümlədən “Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalandı.
x x x
Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.
Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak etdi.

x x x
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








