Digər

“ASAN Radio”nun - 4 YAŞIDI

“ASAN Radio”nun - 4 YAŞIDI | FED.az
11:17 24 Dek 2019

Dekabrın 24-ü ölkəmizin ən gənc, dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiosu – “ASAN Radio”nun 4 illiyidir.

FED.az məlumat verir ki, “ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb.

Eləcə də bax: Azərbaycan Beynəlxalq Bankı, KOBİA və ASAN radionun “Sahibkar vaxtı” başlanır

“ASAN Radio” dövlət, həmçinin beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə faydalı əməkdaşlıq edir. Əhalinin maarifləndirilməsi və vətəndaş suallarının birbaşa cavablandırılması çərçivəsində, həmçinin musiqili və müsabiqə formatlı faydalı verilişlər təqdim edir. Cari verilişlərimizlə yanaşı, “ASAN Cavab”, “Rəqəmsal Azərbaycan”, “Mənəvi dəyərlər”, “DOST məsləhəti”, “Sahibkar vaxtı”, “ProDemos” kimi proqramlar yayımlanır. “Bir sual, bir cavab”, “Azərbaycan tarixi”, “Ana dili”, “Bizimki”, “Milli kinomuz” və s. buraxılışlar 100 FM-də təqdim olunur.

ABŞ-ın Azərbaycandakı səfirliyi ilə “Hello America!” proqramı, Aİ-nın Bakı nümayəndəliyinin dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə “AvropadASAN” verilişi yayımlanır. Britaniya Şurası ilə “Obla Air” və “Selector” layihələri təqdim olunur. “TRT Ankara” ilə “Radio körpü” qurulur.

“ASAN Radio”nun əməkdaşları bu il ərzində ABŞ və Avropanın aparıcı radiostansiyalarında təcrübələrini artırıblar.

“ASAN Könüllüləri”, ADA, Bakı Dövlət, Azərbaycan Dillər, Slavyan Universitetlərinin jurnalistika fakültəsinin tələbələri “ASAN Radio”da təcrübə keçirlər.

“ASAN Radio” dinləyicisinə yalnız zövqlü musiqi təqdim edir, beynəlxalq miqyaslı yarış, tədbir və sərgilərin eksklüziv media tərəfdaşıdır.

“Faydalı Məlumat” dalğası şüarı ilə ölkənin 80%-ə qədərinə yayımlanır. “ASAN Radio” Bakı və Abşeron yarımadası, Sumqayıt, Xızı, Şabran, Siyəzən, Tovuz, Qazax, Ağstafada 100 FM-də, Cənub və Aran bölgəsində - Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında 92.7 FM-də, Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ, Quba, Xaçmaz, Qusar, Xudat, Nabran və digər iri şəhər və rayonlarda 96.5 FM-də yayımlanır. Asanradio.az saytı və mobil tətbiqlərdən də dalğamızı dinləmək olar.

“ASAN Radio” – Faydalı Məlumat dalğası!

 

“ASAN Radio”nun - 4 YAŞIDI | FED.az“ASAN Radio”nun - 4 YAŞIDI | FED.az“ASAN Radio”nun - 4 YAŞIDI | FED.az“ASAN Radio”nun - 4 YAŞIDI | FED.az“ASAN Radio”nun - 4 YAŞIDI | FED.az

Digər xəbərlər