Digər

ASAN Radio Silikon Vadisindən - REPORTAJ HAZIRLAYIB

ASAN Radio Silikon Vadisindən - REPORTAJ HAZIRLAYIB | FED.az
12:59 30 Okt 2019

ASAN Radioda “ADA” Universitetinin bələdçiliyi ilə yayımlanan “Hello, America!” proqramının yaradıcı heyəti Kaliforniya ştatında səfərdə olub.

FED.az məlumat verir ki, ASAN Radio müxtəlif sahələri əhatə edən audio və video reportajlar hazırlayıb. Proqramın yaradıcı heyəti yüksək texnologiyalar və mühəndisliyin baş qərargahı hesab edilən Silikon Vadisində çalışan azərbaycanlı gənc mütəxəssislərlə görüşüb, Facebook, Google-un baş qərargahında olub.

Eləcə də bax: «ASAN Xidmət» də yeniliklər gözlənilir - DETALLAR

ASAN Radionun direktoru Emin Musavinin sözlərinə görə, ABŞ-da dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsi ilə  tanışlıq maraqlı olub: “Müşahidələrimizdən deyə bilərəm ki, vahid platformada dövlət xidmətlərini almaq üçün Amerikada bir neçə mərkəzə müraciət etməli olursan. Bəzi hallarda xidmətlərin göstərilmə müddəti və səmərəliliyi də Azərbaycanın milli brendi “ASAN xidmət”dən fərqlidir. Məsələn, ABŞ-da gələn il qüvvəyə minəcək kimliyi bildirən vəsiqələrin verilməsi iki həftə vaxt aparır, lakin onlayn xidmətlər çox inkişaf edib. Biz, “ASAN xidmət”in təklif etdiyi  xidmətlər haqqında amerikalı həmkarlarımıza məlumat verəndə yaxşı mənada təəccüblənirdilər.”

“Hello, America!” proqramının aparıcısı, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva isə bildirib ki, Silikon Vadisində yerləşən texnologiya nəhənglərinin baş qərargahlarında Azərbaycan ali məktəblərinin məzunlarını görmək çox sevindirici idi: "Bu, ölkəmizin tətbiqi elmlər məktəbinin bu sahədə dünya səviyyəli kadrlar hazırlaya bildiyini nümayiş etdirir. Silikon Vadisində yerləşən startapların uğuru daim yeni ideyalara bağlıdır. Dünyanın ən aparıcı iqtisadiyyatından biri olan Kaliforniyanın nümunəsində biz, müasir təhsildə yaradıcı və tənqidi düşüncənin inkişaf etdirilməsinin nə qədər vacib olduğunu gördük.  Burada oxşar və fərqli təcrübələrimizi akademik prosesə əlavə etmək faydalı olacaq”.

Xatırladaq ki, “ADA” Universitetinin bələdçiliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Hello, America!” proqramı hər cümə saat 18:45-də  ASAN Radio 100 FM-də yayımlanır.

Apa

ASAN Radio Silikon Vadisindən - REPORTAJ HAZIRLAYIB | FED.azASAN Radio Silikon Vadisindən - REPORTAJ HAZIRLAYIB | FED.azASAN Radio Silikon Vadisindən - REPORTAJ HAZIRLAYIB | FED.azASAN Radio Silikon Vadisindən - REPORTAJ HAZIRLAYIB | FED.azASAN Radio Silikon Vadisindən - REPORTAJ HAZIRLAYIB | FED.azASAN Radio Silikon Vadisindən - REPORTAJ HAZIRLAYIB | FED.azASAN Radio Silikon Vadisindən - REPORTAJ HAZIRLAYIB | FED.azASAN Radio Silikon Vadisindən - REPORTAJ HAZIRLAYIB | FED.azASAN Radio Silikon Vadisindən - REPORTAJ HAZIRLAYIB | FED.az

Digər xəbərlər