Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurum tərəfindən fəaliyyəti məhdudlaşırılan, daha sonra fəaliyyətini davam etdirən sahibkarlıq subyektlərilə bağlı cəmiyyətdə “yəqin haqq alıblar” fikirlərilə bağlı yaranan suallara aydınlıq gətirib.
Eləcə də bax: AQTA Yeni İl üçün hədiyyə qutuları ilə bağlı sahibkarlara - XƏBƏRDARLIQ EDİB
FED.az xəbər verir ki, Q.Təhməzli bildirib ki, nöqsan aşkarlanan müəssisənin fəaliyyəti ilk andan dayandırılmır:
“Biz əvvəlcə 3 aylıq məhdudlaşdırma tətbiq edirik. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılırsa, həmin müəssisə yenidən fəaliyyətini davam etdirir. Müəssəinin fəaliyyəti aşkar olunan nöqsanlar aradan qaldırılana qədər müvəqqəti məhdudlaşdırılır. Bizim çıxartdığımız qərardadın da adı belədir”.
Sədr bir müddət əvvəl zəhələnmə qeydə alınan dönərxanla ilə bağlı açıqlama verib:
“Bir müddət əvvəl dönər müəssisəsindəki qidadan zəhərlənmə faktı aşkarlananda biz həmin müəssisəninin fəaliyyətini müvəqqəti məhdudlaşdırdıq. Zəhərlənməyə səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra müəssisə öz işini davam etdirir.
Həmin müəssisədə zəhərlənməyə səbəb qida nümunələrinin heç birində təhlükəli fakt aşkarlanmamışdı. Emal prosesi zamanı təmasda olan şəxs ikincili çirklənməyə məruz qoymuşdu həmin məhsulu. Nəticədə də zəhərlənmə baş vermişdi. Zəhərlənməyə səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra müəssisə öz işini davam etdirir. Biz isə nəzarət tədbirlərimizi daha da gücləndirmişik”.
"Modern"