Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İsmayıllıdakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
FED.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, İsmayıllıda 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
Eləcə də bax: İsmayıllıda “Kartof Festivalı”nda - KÜTLƏVİ ZƏHƏRLƏNMƏ OLUB
Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.
APA