Apple çərşənbə günü milyardıncı iPhone satışının baş tutduğunu elan etdi. Şirkət üçün mühüm məqam smartfonların rəqabət bazarında mövcud dinamikanı qoruyub saxlamaqdır.
"iPhone tarixdə ən vacib, dünyanı dəyişən və ən uğurlu məhsullardan birinə çevrilmişdi” Apple şirkətinin başçısı Kaliforniyadakı baş ofisdə keçirilən toplantı zamanı söyləmişdir.
“Bu, insanlara daimi yoldaşdan da yaxındır. iPhone bizim gündəlik həyatımızın həqiqətən də mühüm hissəsinə çevrilmiş və gün ərzində etdiklərimizin ən böyük hissəsini özündə ehtiva edir" deyə, cənab Kuk bildirdi.
“Keçən həftə biz milyardıncı iPhone satışını həyata keçirdik və növbəti önəmli mərhələni yerinə yetirmiş olduq. Biz hər zaman vəziyyəti yaxşılığa doğru dəyişən və fərqlilik yaradan ən yaxşı məhsulları ərsəyə gətirməyə cəhd etmişik. Hər gün dünyamızı dəyişməkdə bizə kömək edən Apple şirkətində hər bir kəsə ayrılıqda təşəkkürümü bildirirəm” deyə Kuk vurğulamışdı.
Apple şirkəti iPhone satışlarının keçən rübdə aşağı düşməsini (fasiləsiz artımın 2007-ci ildə baş verməsindən sonra gəlirlərdə müşahidə olunan ikinci növbəti azalma) elan etdikdən bir gün sonra xəbərlər yayılmağa başladı.
Çərşənbə axşamı günü şirkət rüblük gəlirlərdə 27 vahid azalmanın olması barədə məlumat verdi və bundan sonra satışların növbəti rübdə düşəcəyi proqnozlaşdırıldı. Gəlirlərdə müşahidə edilən bu uzunmüddətli azalma prosesi Stiv Cobsun 5 il bundan əvvəlki ölümündən bəri baş direktor Tim Kukun qarşılaşdığı ən böyük çətinliklərdən biri kimi nəzərə çarpır. Bütün bu çətinliklərə baxmayaraq şirkət bu ilin sentyabr ayında yeni nəsil iPhone-ları buraxmağa hazırlaşır.
Mənbə: www.telegraph.co.uk
Apple şirkəti milyardıncı iPhone satışını qeyd edir
13:41
9 Avq 2016