New York Times - Amerikan şirkətlərinin idarəçiləri nə qədər illik gəlir qazanırlar? NYT bu barədə siyahı hazırlayıb və bu siyahıya Tesla şirkətinin CEO - su Elon Musk başçılıq edir. Ancaq 2.8$ milyard vəsait onun hesabına köçürülməyə bilər. Səbəb isə idarə heyyətinin gəlirləri şirkətin uğurlarından asılıdır və bildiyimiz kimi Elon Tesla şirkətini gəlirə çıxara bilməyib. FED.az Finkorp -a istinadən xəbər verir ki, Reytinqə əsasən 2018 - ci il üçün Elon Musk - ın gəliri 2.8$ milyard təşkil edib və o NYT - nın hazırladığı reytinqə ABŞ - ın ən çox gəlir əldə edən korporativ idarəçisi kimi başcılıq edir.
NYT siyahını hazırlayarkən əsasən, illik maaş, bonus, əlavə ödnəişlər və opsion və səhmlərlər verilən bonusları hesablayıb.
Elon Musk - un gəliri 4 575 310% artmasıda maraqlı rəqəmdir. Yeri gəlmişkən Tesla şirkətinin CEO - sunun illik maaşı cəmi 55$ min təşkil edir. Əlavə kompensasiyalar şirkətin səhmlərini almaq hüquqi verən opsionlardır.
Keçən ilin mart ayında Bloomberg agentliyi xəbər verdi ki, Tesla şirkətinin səhmdarları, Musk üçün nəzərdə tutulan 2.6 milyard dollarlıq opsionları 12 tranşla, 10 il ərzində biznesmenin hesabına köçürməyi qərara alıblar. Əgər şirkətin bazar dəyəri 650 milyard dollar olarsa Musk 12 tranşın hamısını əldə edəcək. İlk köçürmə isə bazar dəyəri 100 milyard dollar olacağı təqdirdə baş tutacaq ( hal hazırda bazar dəyəri 33.9 milyard dollardır ). Teslanın işçiləri isə orta hesabla 55.1 min dollar ilə gəlir əldə edirlər və bu göstəriciyə görə Tesla siyahıda 138 yerdə qərarlaşıb.
Amerikan şirkətlərinin rəhbərlərinin gəlirlik siyahısındakı 10 - luq:
Tesla şirkətinin baş direktoru Elon Musk, 2.28$ milyard dollar
Discovery İnc - in prezidenti və CEO -su David Zaslav, 129$ milyon
Palo Alto Networks CEO, Naykş Arora, 125$ milyon
Oracle - ın direktorlar şurasının sədri Maykl Xerd, 108$ milyon
Oracle - ın baş direktoru Safra Kaç, 108$ milyon dollar
T-Mobile US şirkətinin baş direktoru Con Ledcer, 67$ milyon
VValt Disney - in prezidenti və CEO - su Robert Ayqer, 66$ milyon
PTC - nin prezidenti və CEO - su Ceyms Xeppelman, 50$ milyon
Estee LAuder - in prezidenti Fabriçio Frida, 48$ milyon
J2 Global - ın CEO - su Vivek Şax, 45$ milyon
Fərq üçün onuda qeyd edək ki, Facebook şirkətinin rəhbəri Mark Çukerberq 2018 - ci ildə gəliri 23$ milyon olub. Maraqlı faktlardan biri isə ilk 5 - likdə yer alanların əsas gəlirləri opsionlarla nəzərdə tutulub. Ən çox illik orta gəlir isə biotexnologiya şirkətinə aiddir və 263$ min təşkil edir.