“TikTok” təhlükəsizlik boşluqları olması səbəbiylə son zamanlarda geniş müzakirə edilir. ABŞ hökuməti “TikTok”a ölkədə qadağa qoymağı planlaşdırır. Məhz bu zaman “Amazon” şirkətindən işçilərə e-mail göndərib.
FED.az xəbər verir ki, “Business Insider”dəki xəbərə görə, e-mail-də "Amazon”a qeydiyyatdan keçdiyiniz elektron poçtla giriş etdiyiniz cihazlarda artıq “TikTok”dan istifadəyə icazə verilmir." yazılıb.
Eləcə də bax: “Facebook” “TikTok”un rəqibi kimi yaratdığı - XİDMƏTİ BAĞLAYIR
TİKTOK: Bizimlə əlaqə yaratmadılar.
Bu vəziyyət qısa müddət ərzində böyük səs-küy yaratdı. TikTok açıqlamasında "Amazon bu barədə bizimlə əlaqə yaratmadı. Onların narahatlıqlarını başa düşməsək də, yaşadıqları problemlərin həlli üçün bir dialoqun qurulmasını məmnuniyyətlə qarşılayırıq”.
Bundan sonra “Amazon”dan bir şərh gəlib. Şirkət işçilərə göndərilən məktubların səhvən göndərildiyini, “TikTok”dan istifadənin qadağan olmadığı bildirib.
“Amazon” qadağanın yanlış olduğunu açıqlamazdan öncə Respublikaçı senator Josh Hawley tweetlə "İndi bütün federal hökumət bu yolu tutmalıdır" deyib. Bu vaxt “TikTok” istifadəçilərə icazəsiz telefonlarından məlumat topladıqlarına dair yeni bir iddia əlavə edib. “Apple”ın iOS 14 əməliyyat sistemi tətbiqin istifadəçilərin “clipboard” (mübadilə buferi) məlumatlarını izlədiyini ortaya çıxarıb. “TikTok” dərhal şərh verərək bu funksiyanın hazırda ləğv edildiyi bildirib.