"Google”un ana şirkəti olan Alphabet ikinci rübün maliyyə hesabatlarını elan etmişdi və həmin nəticələr analitiklərin gözlədiyindən də yüksək idi: hesabatda göstərilirdi ki, bir səhm üzrə tənzimlənmiş 8.42 dollar olmaqla şirkət 21.5 milyard dollar gəlir qazanmışdı. Bu nəticələr isə cümə axşamı günü satışların sayının kəskin artmasından (təxminən 20%) irəli gəlirdi və bu da şirkətin potensialını 19.1 milyard dollaradək artırdı. Xalis gəlir 3.93 milyard dollardan 4.88 milyard dollara qalxdı və ya adi səhm üzrə 7 dollar qalxdı. Qeyd edildi ki, mobil versiyalara qoyulan investisiyalar bu prosesdə böyük rol oynadı.
Bəzi analitiklər internet-reklam satışlarını artıran Facebook kimi rəqiblər ilə müqayisədə cüzi yavaşlamanın olacağını gözləyirdilər. Halbuki, belə deyildi. “Bizim tələb olunan zəruri və nəzərəçarpan imkanlarımıza çox böyük məsuliyyətlə investisiya qoymağa davam edirik” Alphabet şirkətinin baş maliyyə direktoru Rut Porat öz bəyanatında bildirmişdi.
Reklam satışlarına əlavə olaraq, Google şirkəti “digər gəlirlərin” də 33% artdığını elan etdi və bu satışlara həmçinin aparat təminatı üzrə satışlar da daxildir.
Qedy edək ki, Google şirkətinin şəxsi restrukturlaşmasını və öz ana şirkəti olan “Alphabet”in yaradılmasını elan etməsindən təxminən 1 il keçir. Həmin ana şirkət artıq “aydan çəkilişlər” adlanan maliyyə nəticələri barədə hesabatlar verməyə başlamışdır. Bu hesabatlarda gəlirlərin böyük hissəsini təşkil edən reklam və axtarışlar da öz əksini tapmışdır.
Ümumiyyətlə, Google şirkəti yüksək uğurlarına ümumi qalxan trayektoriya üzrə davam edir.
Mənbə: www.forbes.com