Qazaxıstanın Almatı şəhərində iğtişaşlarda hüquq-mühafizə orqanlarının 12 əməkdaşı öldürülüb.
Eləcə də bax: Qazaxıstanda iğtişaşlar zamanı 1000-dən çox insan - YARALANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə şəhər komendantlığı açıqlama yayıb.
Məlumata görə, 353 əməkdaş isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan başqa, başı kəsilmiş bir kişinin meyiti aşkarlanıb.