Qazaxıstanın Almatı şəhərində hərbçilər və silahlı kütlə arasında intensiv atışma başlayıb.
Eləcə də bax: Tokayev kömək üçün KTMT-yə müraciət etdi - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.
Agentliyin müxbirinin sözlərinə görə, atışma bələdiyyə binasının qarşısındakı meydanda olub.
Meydana qoşun yeridilib və ərazinin qarşıdurma törədənlərdən “təmizlənməsi” əməliyyatına başlanılıb.
Meydana daha öncədən onlarla silahlı şəxs gəlib. Həmin şəxslər, həmçinin jurnalistlərə qarşı da aqressiv mövqeyə sahib olub. Bundan bir qədər sonra isə həmin əraziyə 300 hərbçi cəlb olunub.
Xatırladaq ki, gecə saatlarında şəhərdə xüsusi antiterror əməliyyatı keçirilib. Almatı hava limanında keçirilən əməliyyat zamanı iki qazax hərbçi həlak olub.