FED.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq, 2020-ci ildən bitkiçilik sahəsində yeni subsidiyalaşdırma qaydaları tətbiq ediləcək. Qərara əsasən, ən yüksək əmsallardan biri intensiv meyvə bağları üçün tətbiq olunacaq. Belə ki, intensiv alma bağlarına bağın salındığı ilk 4 il ərzində hər il hektara 800 manat, sonrakı illərdə isə 240 manat əkin subsidiyası ödəniləcək.
Eləcə də bax:Qubada ənənəvi “Alma bayramı”
Nazir müavini bildirib ki, 2019-cu ilədək salınmış intensiv alma bağlarına da hər hektara görə 240 manat subsidiya ödəniləcək.