Çinin elektron ticarət nəhəngi “Alibaba” törəmə şirkəti “Ant Financial”ın “MYBank” tətbiqi vasitəsi ilə koronavirusdan zərər görən şirkətlərə kredit verəcək.
FED.az “Report”a istinadən xəbər verir ki, kreditin ümumi məbləği 20 milyard yuan (təxminən 2,86 milyard ABŞ dolları) olacaq.
Kreditin əsasən koronavirusun mərkəzi hesab edilən Hubey əyalətindəki şirkətlərə ayrılacaq.